• Fevral 9, 2026
  • Redactor Neftchi
  • 0

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində V turun oyunları keçirilib.
SOCAR bu tur çərçivəsində “Azerconnect Group” komandası ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında baş tutan görüşdə komandamız rəqibini 3:2 hesabı ilə məğlub edib.