• Fevral 9, 2026
  • Redactor Neftchi
  • 0

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Nüfuzlu yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun daha bir cüdoçusu mükafatçılar arasında yer alıb. İdmançımız Zelim Tçkayev (81 kq) turnirin gümüş medalına layiq görülüb. O, həlledici finalda yaponiyalı Yuhei Onoya məğlub olub.
Xatırladaq ki, ötən gün klubumuzun təmsilçilərindən Balabəy Ağayev (60 kq) qızıl , Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdı.