Gəncə İdman Sarayında qadın güləşi üzrə yeniyetmələr arasında (U-15 və U-17) Azərbaycan birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələrindən Məryəm Hacıyeva (50 kq) U-15 yaş qrupunda gümüş medala layiq görülüb.
U-17 yaş qrupunda Suramirac Abbassoy (61 kq) turnirin qalibi olub. Ülviyyə Musayeva (57 kq), Mədinə Qasımova (65 kq) gümüş, Aylin Güləhmədli (53 kq) və İnci Abdullayeva (57 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, “Neftçi” İdman Klubunun U-17 komandası medalların sayına görə birinci yeri tutub.
