• Fevral 9, 2026
  • Redactor Neftchi
  • 0

On yeddi yaşadək (U-17) cüdoçular arasında “İstedadların seçimi” turnirinin I turu başa çatıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışa 71 klub və idman cəmiyyətindən 285 idmançı (244 oğlan, 41 qız) qatılıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Ülvi Cəlilzadə (50 kq), Əli Əliyev (73 kq), Ayxan Həsənli (81 kq) və Səma Vəlizadə (57 kq) məğlubiyyət tanımayaraq qalib adını qazanıblar. Zakir Tağızadə (+90 kq) və Məleykə Mürsəliyeva (52 kq) isə turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, “İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. İki turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.