• Fevral 12, 2026
  • Redactor Neftchi
  • 0

Güləş üzrə U-17 Azərbaycan birinciliyi davam edir. Gəncə İdman Sarayında təşkil olunan turnirdə “klassiklər”in yarışı sona yetib.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri uğurla çıxış edərək ölkə birinciliyinin 13 medalını (5 qızıl, 5 gümüş, 3 bürünc) əldə ediblər. İdmançılarımızdan Abdurrahman Hüseynli (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq) və Zöhrab Səfərov (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hüseyn Mustafazadə (51 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov (80 kq), Əbəlfəz Fərəcli (92 kq), Məhəmməd Mustafayev (110 kq) gümüş, İlkin Qurbanov (51 kq), Amin Məmmədov (55 kq) və İbrahim Babayev (71 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, “Neftçi” İdman Klubu komanda hesabında birinci yeri tutub.