• Fevral 15, 2026
  • Redactor Neftchi
  • 0

“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində VI turun oyunları keçirilib.Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda SOCAR bu gün ATB komandası ilə üz-üzə gəlib. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında gerçəkləşən matç komandamızın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.