• Fevral 16, 2026
  • Redactor Neftchi
  • 0

Boks Mərkəzində keçirilən U-19 Azərbaycan birinciliyi sona yetib.
“Neftçi” İdman Klubunun yetirmələri inamla çıxış edərək yarışın 5 medalını (2 qızıl, 1 gümüş, 2 bürünc) qazanıblar və komanda hesabında birinci yeri tutublar.
Boksçularımızdan Banuçiçək Nəsirli (48 kq) və Səftər Məmmədzadə (+90 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionu tituluna yiyələniblər. Yalnız final qarşılaşmasında məğlub olan Aylin Nəzərova (54 kq) gümüş medala layiq görülüb. Haqverdi Həsənov (65 kq) və Nail Abbasov (85 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.