• Fevral 16, 2026
  • Redactor Neftchi
  • 0

On altı yaşadək (U-16) cüdoçular arasında “İstedadların seçimi” yarışının I turu başa çatıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 67 klub və idman cəmiyyətindən 302 idmançı (257 oğlan, 45 qız) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Zöhrə Ağazadə (57 kq) qızlar arasında qalib olub. Ayan Zeynallı (63 kq) isə bürünc medala layiq görülüb.
Oğlanların mübarizəsində Ayxan Qasımov (73 kq), Tunar Qənbərli (81 kq), Kamran Hacıyev (90 kq), Nihad Məlikli (+90 kq) ikinci, Nizami Hacılı (55 kq), Nihad İsayev (66 kq), Saladdin Əlismanov (81 kq) və Məhəmməd Məmmədli (90 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, “İstedadların seçimi” yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. İki turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.