“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda iki qızıl medal qazanıb. Paralimpiyaçımız S12 kateqoriyasında mübarizə apararaq iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız 100 metr məsafəyə sərbəst üzməkdə 55.29 saniyə nəticə göstərib. O, həmçinin 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında 59.17 saniyə nəticə ilə qızıl medala sahib olub.
