Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokuna yekun vurulub.
Yarışın ilk iki günündə S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst və “butterfly” (kəpənək) üzmə üsullarında 2 qızıl medal qazanan “Neftçi” İdman Klubunun təmsilçisi Raman Saley, 100 metr məsafəyə arxası üstə üzmədə 1:02.87 saniyə, 50 metr məsafəyə sərbəst üsulda isə 25.34 saniyə nəticə göstərərək daha iki qızıl medala sahib olub.

