• Fevral 21, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə qapalı məkanda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən Azərbaycan Birinciliyinə bu gün yekun vurulub.

Bakı Atletika Mərkəzində baş tutan yarışda “Neftçi” İdman Klubunun yetirmələrindən Bülbül Babayev hündürlüyə tullanmada 1,84 metr nəticə ilə ölkə çempionu olub. Nicat Məmmədov isə üçtəkanla tullanma yarışında (11,33 metr) bürünc medala layiq görülüb.