• Fevral 23, 2026
  • Redactor Neftchi
  • 0

U-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçirilib. Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşən turnirdə 94 klub və idman cəmiyyətindən olan 541 cüdoçu (452 oğlan, 89 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Davud Əliyev (55 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb. Əli Allahverənli və Ümid Əliyev (hər ikisi +73 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayacaq.