Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.
Bu tur çərçivəsində “Neftçi” “Azərreyl” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən gərgin qarşılaşmada təmsilçimiz rəqibinə 3:2 (24:26, 25:20, 25:22, 21:25, 9:15) hesabı ilə qalib gəlib.








