• Fevral 26, 2026
  • Redactor Neftchi
  • 0

Sərbəst güləşçilərimiz reytinq turnirinə 2 medalla start veriblər

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirinə 2 medalla start veriblər.
Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Babazadə reytinq turnirində həlledici finalda hindistanlı U-23 dünya çempionu Sucet Sucetə məğlub olub və gümüş medala layiq görülüb.
Digər idmançımız Arseniy Djioyev (86 kq) isə üçüncü yer uğrunda görüşdə amerikalı ikiqat Olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deykə qalib gələrək bürünc medala yiyələnib.