Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə təşkil olunacaq Avropa Çempionatının ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya yığmalarına qarşı keçiriləcək görüşlər üçün heyəti açıqlanıb.
Milli komandaya dəvət olunmuş basketbolçular arasında “Neftçi”nin təmsilçiləri Amil Həmzəyev və Əkbər Məmmədov da yer alıblar.
