Ötən əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 34 il ötür.
Qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur, minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir.
”Neftçi” İdman Klubunun rəhbərliyi və kollektivi də Xocalı soyqırımı abidəsini ziyarət edib. Klubun nümayəndələri abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini böyük ehtiramla anıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




