• Fevral 28, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirində 2 medal əldə ediblər.Reytinq turnirində 63 kiloqram çəki dərəcəsində “Neftçi” finalı olub.

Həlledici görüşdə klubumuzun təmsilçiləri Ziya Babaşov və Sakit Quliyev üz-üzə gəliblər. Ziya Babaşov komanda yoldaşına qalib gələrək qızıl medal qazanıb. Sakit Quliyev isə ikinci yeri tutub.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, Arseniy Djioyev (86 kq) isə bürünc medala yiyələnmişdi.