• Mart 1, 2026
  • Redactor Neftchi
  • 0

Yeniyetmə boksçular (U-17) arasında Azərbaycan Birinciliyinə yekun vurulub. Boks Mərkəzində təşkil olunan və yeddi gün davam edən yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu qüvvəsini sınayıb.

“Neftçi” İdman Klubunun boksçuları əzmlə mübarizə apararaq turniri 11 medalla (4 qızıl, 4 gümüş, 3 bürünc ) başa vurublar və klubumuz komanda hesabında birinci yeri tutubİdmançılarımızdan Aydan İsmayıllı (48 kq), Yusif Həsənli (66 kq), Şükar Əliyev (75 kq) və Mehran Rəsulov (+80 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevincini yaşayıblar. Elcan Musazadə (52 kq), Əli Camalaov (57 kq), Yusif Ağakişiyev (75 kq), Zirəddin Rüstəmli (80 kq) gümüş, İslam İbrahimov (46 kq), Nurlan Müseyibli (70 kq) və Əli Məmmədli (80 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışın ən yaxşı boksçusu adına “Neftçi” İdman Klubunun təmsilçisi Şükar Əliyev layiq görülüb.