Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə “Muhamet Malo” turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri reytinq turnirinin sonuncu günündə daha 3 medal qazanıblar. Pəhləvanlarımızdan Nihat Məmmədli (60 kq) bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) və Nihad Quluzadə (60 kq) isə gümüş medala sahib çıxıblar.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, Arseniy Djioyev (86 kq) isə bürünc, yunan-Roma güləşçilərimizdən Ziya Babaşov (63 kq) qızıl, Sakit Quliyev isə gümüş medal qazanmışdılar.


