• Mart 8, 2026
  • Redactor Neftchi
  • 0

Cüdo üzrə U-17 yeniyetmələr arasında “İstedadların Seçimi” yarışının II turu başa çatıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirə 64 klub və idman cəmiyyətindən 265 idmançı (222 oğlan, 43 qız) qatılıb.

“Neftçi” İdman Klubunun yetirmələri yarışın 4 medalına yiyələniblər. Onlardan Ayxan Həsənli (81 kq) məğlubiyyət tanımayaraq turnirin qalibi olub. Zəhra İbadova (+70 kq) gümüş, Lalə Yadigarlı (63 kq) və Harun Ataşov (81 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, “İstedadların Seçimi” turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. İki turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk dörd pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” təlim proqramına cəlb olunacaq.