• Mart 12, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa Çempionatında böyük uğura imza atıb. Xanım idmançımız əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın qızıl medalına sahib olub. O, həlledici finalda belaruslu Marta Hetmanavanı məğlub edib.

Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) gümüş, Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.