• Mart 14, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa Çempionatında gümüş medala sahib olub. İdmançımız finalda rusiyalı Amina Tandelovaya məğlub olub.

Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçisi Günay Qurbanova (59 kq) Avropa çempionu olub. Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) gümüş, Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.