Qazax Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan Birinciliyinə yekun vurulub.“Neftçi” İdman Klubunun yetirmələri yarışın 13 medalına (7 qızıl, 3 gümüş, 3 bürünc) yiyələniblər.
Sərbəst güləşçilərimizdən Yusif Abdullayev (38 kq) və Yusif Bədəlov (68 kq) bütün rəqiblərinə qalib gələrək respublika çempionluğunun sevincini yaşayıblar. Elgün Qurbanzadə (52 kq) ikinci, Əli Rəcəbov (48 kq) isə üçüncü yeri tutub.
Klubun yunan-Roma güləşçilərindən Pünhan Şahmarov (48 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), Süleyman Verdiyev (75 kq) və Elvin Nəcəfzadə (85 kq) inamla mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Ağayevlə (41 kq) Xalid Məmmədli (85 kq) gümüş, Salavat Afyatulin (57 kq) və Asiman Məmmədov (57 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, “Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri ümumi komanda hesabında ikinci yerə çıxıblar.
