Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa Çempionatı davam edir.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kq) əzmlə mübarizə apararaq nüfuzlu yarışın finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə rusiyalı Alibek Amirova məğlub olub və Avropa Çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl klubumuzun qadın güləşçilərindən Günay Qurbanova (59 kq) Avropa çempionu olub, Ruzanna Məmmədova (62 kq) isə ikinci yeri tutub. Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) gümüş, Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.
