• Mart 15, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün futzal üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib. Yüksək Liqanın lideri “Neftçi” Birinci Liqa təmsilçisi “STAR kargo” ilə üz-üzə gəlib. “Olimpik Star”da təşkil olunan matçda rəqibinə heç bir şans verməyən komandamız 12:3 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.

Qeyd edək ki, “Neftçi” yarımfinalda “Baku Fire-2” komandası ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin oyunları apreldə keçiriləcək.