“Neftçi” İdman Klubunun daha üç yunan-Roma güləşçisi Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında mükafatçılar arasında yer alıb. İdmançılarımızdan Elmin Əliyev (82 kq) finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə məğlub edib və Avropa çempionu olub. Fərid Xəlilov (67 kq) və Fərahim Mustafayev (72 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq) gümüş medala yiyələnib. Qadın güləşçilərindən Günay Qurbanova (59 kq) Avropa çempionu olub, Ruzanna Məmmədova (62 kq) isə ikinci yeri tutub. Sərbəst güləşçilərimizdən Ceyhun Allahverdiyev (61 kq) və Yusif Dursunov (125 kq) gümüş, Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.


