Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa Çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışı 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) başa vurublar.
Güləşçilərimizdən Günay Qurbanova (59 kq) və Elmin Əliyev (82 kq) Avropa çempionu olublar. Fərid Sadıxlı (55 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), və Yusif Dursunov (125 kq) gümüş medal qazanıblar. Fərid Xəlilov (67 kq), Fərahim Mustafayev (72 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medala layiq görülüblər.
