Bu gün futzal üzrə Yüksək Liqada III dövrənin son turunun oyunları keçirilir. XV tur çərçivəsində çempionluğa iddialı iki komanda – “Neftçi” və “Araz-Naxçıvan” üz-üzə gəlib. “Olimpik Star”da baş tutan turun mərkəzi qarşılaşması çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda daha üstün oyun nümayiş etdirən “Neftçi” güclü rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, komandamız bu qələbə sayəsində xallarının sayını 40-a çatdırıb və turnir cədvəlinin şəriksiz liderinə çevrilib.
