• Mart 19, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən voleybol turnirinə yekun vurulub. “Məşəl” İdman Kompleksində reallaşan yarışda 15 komanda mübarizə aparıb.
Qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi olub. Neft Kəmərləri İdarəsi ikinci, Sosial İnkişaf İdarəsinin komandası isə üçüncü yerə çıxıb.
Kişilərin yarışında “BOS Şelf” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Heydər Əliyev adına Neft Emalı Zavodu və Təhlükəsizlik İdarəsinin kollektivləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
I, II, və III yeri tutan komandalar “Neftçi” İdman Klubunun kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.