• Mart 20, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubu adından xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik!
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Sevgi, bərəkət və bərabərlik rəmzi olan bu mübarək ayda etdiyiniz duaların, saf niyyətlərin Tanrı dərgahında qəbul olunmasını diləyirik.
Bu əziz gündə hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.
Allah orucunuzu qəbul eləsin!