“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan boksçusu Nəbi İsgəndərov Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə mükafatçılar arasında yer alıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarışı bürünc medalla başa vurub.