Antalya şəhərində parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turniri keçirilib.

Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışda “Neftçi” İdman Klubunun təmsilçiləri K44 kateqoriyasında mübarizə aparıblar və turniri 3 medalla başa vurublar. Parataekvondoçularımızdan Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışın bürünc medalına layiq görülərək fəxri kürsünün üçüncü pilləsində yer alıblar.