“Neftçi” İdman Klubunun Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib. 36 yaşlı idmançımız ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb. Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər.
Qeyd edək ki, bu onun UFC-də keçirdiyi ikinci döyüşündə ilk qələbəsi olub.

