• Aprel 7, 2026
  • Redactor Neftchi
  • 0

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq turniri keçirilib. Kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 44 komandanın tərkibində 400-ə yaxın idmançı qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun turnirə qatılmış kikboksçularından Mehdi Alvasov (81 kq) kişilər arasında əzmlə mübarizə apararaq bütün döyüşləri qələbə ilə başa vurub və qızıl medala sahib olub. Fazil Pənahov (60 kq) isə bürünc medala layiq görülüb. Digər idmançımız Murad Qurbanov (67 kq) isə gənclər arasında keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsində yer alıb.