• Aprel 7, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan Çempionatının İkinci Liqasında XXI turun oyunları keçirilir.
Tur çərçivəsində “Qaradağ Lökbatan” bu gün “Dinamo” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda təşkil olunan görüşdə komandamız rəqibini 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Qaradağ Lökbatan”ın heyətində Ayaz Mikayılov (33, 82, 84) het-trik edib. Digər qollara isə Vüsal Hüseynov (17) və Rövşən Şahmuradov (78) imza atıblar.