“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən bilyard yarışı başa çatıb. Turnirdə 15 komandanın heyətində 30 iştirakçı (5 qadın, 25 kişi) qalib adı uğrunda yarışıb.
Qadınlar arasında İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) bütün rəqiblərini üstələyib. Ləman Niyazlı (“Azərkimya” İstehsalat Birliyi) gümüş, Fatimə Quliyeva (“Qaz İxrac” İdarəsi) isə bürünc medala yiyələnib.
Kişilərin mübarizəsində Karbamid Zavodunun təmsilçisi Araz Soltanov qızıl medala sahib olub. Toğrul Nəsirov (“SOCAR Polymer” Zavodu) ikinci, Toğrul Məmmədov (Qaz Emalı Zavodu) isə üçüncü yeri tutub.
Turnirin qalib və mükafatçılarına “Neftçi” İdman Klubunun diplom, medal və xatirə hədiyyələri təqdim olunub.








