Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində ikinci qrup mərhələsinin sonuncu – III turunun oyunları davam edir.
C qrupunda yer alan SOCAR komandası son turun oyunları çərçivəsində bu gün KOBİA ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında keçirilən matç komandamızın 3:1 hesablı ilə qələbəsi ilə sona yetib.
Qeyd edək ki, qrup mərhələsini 7 xalla başa vuran ( iki qələbə, bir heç-heçə) SOCAR komandası dörddəbir finala vəsiqəni təmin edib.








