• Aprel 14, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada XXII turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu turda “Quba”nı qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın 5:1 hesablı qələbəsi ilə sona çatıb.
Futbolçularımızdan Rəhman Quliyev (33, 45), Tural Axverdiyev (55), Sabir Allahquliyev (62) və Vüsal Hüseynov (85) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, oyundan öncə İkinci Liqada “Ayın qolu” nominasiyasının qalibi olan “Qaradağ Lökbatan”ın futbolçusu Emil Quluzadə Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.