• Aprel 18, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Yüksək Liqanın mükafatları uğrunda oyunlar keçirilib. Üçüncü yer uğrunda qarşılaşmada “Neftçi” “Murov Az Terminal” komandasına 3:0 hesabı ilə qalib gələrək Yüksək Liqanın bürünc medallarını qazanıb. Final oyununda isə “Xilasedici” və “Ordu” komandaları qarşılaşıblar. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xilasedici” çempion adını qazanıb.
Bununla da kişi voleybolçuların Yüksək Liqasında mövsümə yekun vurulub.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.
“Neftçi” komandasına bürünc medallar təqdim olunub.
Eyni zamanda, çempionatın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb.
“Neftçi”nin təmsilçilərindən Aleksandr Carabali “Ən yaxşı orta oyunçu”, Jose Romero isə “Ən yaxşı diaqonal oyunçu” nominasiyasının qalibi kimi liqanın rəmzi komandasında yer alıblar.