Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən yarışda SOCAR komandası bu gün Baş Prokurorluğun kollektivi ilə üz-üzə gəlib. Böyükşor Bulvarındakı “Azfar” meydançasında baş tutan və gərgin mübarizə şəraitində keçən qarşılaşmada təmsilçimiz inamla çıxış edərək rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb və finala yüksəlib.
Qeyd edək ki, SOCAR komandası finalda “Azərişıq”la üz-üzə gələcək.










