Futzal üzrə Yüksək Liqada XVIII turun oyunları keçirilib. “Neftçi” bu turda “Şuşa” komandası ilə üz-üzə gəlib. “Olimpik Star”da təşkil olunan görüşdə komandamız rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 28:0. Qeyd edək ki, “Neftçi” hazırda 49 xalla turnir cədvəlinin şəriksiz lideridir.