Bu gün Avropa Oyunları Parkında dövlət qurumları arasında 3×3 basketbol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən turnirə müxtəlif dövlət qurumları qatılıb.

Yarışda SOCAR-ın qadınlardan ibarət komandası ikinci, kişilərdən ibarət kollektivi isə üçüncü yeri tutub.