• May 8, 2026
  • Redactor Neftchi
  • 0

Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2026” beynəlxalq turniri sona yetib. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 8 ölkənin 185 idmançısı qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun boksçuları turnirin 9 medalını (4 qızıl, 2 gümüş, 3 bürünc) qazanıblar.
Təmsilçilərimizdən Rüstəm Nəsibov (50 kq), Yusif Ağakişiyev (75 kq) və Şükar Əliyev (80 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan İlham Məmiyevlə (44 kq) Əli Camalzadə (57 kq) gümüş, Elcan Musazadə (54 kq) və Mehran Rəsulov (+80 kq) isə bürünc medala layiq görülüblər.
Xanım idmançılarımızdan Aydan İsmayıllı (48 kq) məğlubiyyət tanımayaraq turnirin qalibi olub. Nərmin Abdullazadə (54 kq) isə üçüncü pillədə qərarlaşıb.