“Neftçi SOCAR” 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Qadınlar Seriyasının ilk mərhələsində yarımfinala yüksəlib. Təmsilçimiz bu gün dörddəbir finalda Monqolustan millisi üzərində 21:11 hesablı qələbə qazanıb.

“Neftçi SOCAR” yarımfinalda ABŞ – “Ulan-Bator Amazons” (Monqolustan) cütünün qalibi ilə qarşılaşacaq.Xatırladaq ki, komandamız ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarını məğlub edərək dörddəbir finala yüksəlmişdi.