“Neftçi” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri (+100 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medala sahib olub.
İdmançımız həlledici görüşdə rusiyalı İnal Tasoyevə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, Uşanqi Kokauri bir həftə əvvəl Düşənbə “Böyük Dəbilqə”sində bürünc mükafata layiq görülmüşdü.
