• May 11, 2026
  • Redactor Neftchi
  • 0

Atletika üzrə keçirilən Bakı Çempionatına yekun vurulub.“Neftçi” İdman Klubunun atletləri paytaxt yarışının 9 medalına (7 qızıl, 1 gümüş, 1 bürünc) yiyələniblər. İdmançılarımızdan İslam Qəhrəmanzadə nizə atma yarışında 48,07 metr nəticə ilə qalib olub. Lamiyə Vəliyeva 100 (12,07 saniyə) və 200 metr (24,25 saniyə) məsafəyə qaçışda qızıl medal qazanıb. Bülbül Babayev hündürlüyə tullanma növündə (1,85 metr) eyni uğura imza atıb. İsmail Əliyev nüvəitələmə (17,24 metr) və lövhə atma (50,17 metr) yarışlarında liderliyə yüksəlib. Lalə Ceniyeva eyni növdə qadınlar arasında (40,95 metr) qızıl, çəkicatmada (25,35 metr) isə bürünc medala layiq görülüb. Nazim Babayev isə uzunluğa tullanma yarışında (7,22 metr) ikinci yeri tutub.