Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa Birinciliyi davam edir.Bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri turnirin daha 2 medalını qazanıblar. Hüseyn Mustafazadə (51 kq) bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Digər təmsilçimiz Zöhrab Səfərov (92 kq) isə üçüncü yer uğrunda görüşdə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Qurban Məcnunov (55 kq) gümüş, Orxan Həbibli (65 kq) isə bürünc medal qazanmışdı.

