“Neftçi” İdman Klubunun parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa Çempionatında gümüş medal qazanıb. Paralimpiyaçımız K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub.

Qeyd edək ki, daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) da yarışda gümüş medala sahib olub.