Şamaxıda kadetlər arasında keçirilən boks üzrə zona birinciliyinin final mərhələsinə yekun vurulub.
Klubumuzun yetirmələri uğurlu çıxış edərək yarışın 9 ( 2 qızıl, 7 bürunc) medalını qazanıblar. Təmsilçilərimizdən Yusif Mustafazadə (40 kq) və İbrahim Abbasov (44 kq) turnirin qızıl medalına sahib olublar. Müslüm Ələkbərov (46 kq), Hüseyn Hüseynov (48 kq), Şakir Nəcəfov (63 kq), Nicat Qəhrəmanlı (66 kq), Qorxmaz Əliyev (75 kq), Elşən Hüseynov (80 kq) və İbrahim Tarverdiyev (90 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, “Neftçi” İdman Klubu komanda hesabında turniri ikinci pillədə başa vurub.


