• May 28, 2026
  • Redactor Neftchi
  • 0

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa Birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun C qrupunda yer alan təmsilçisi Ruslan Vəliyev (80 kq) gürcüstanlı Luka Maysuradzeyə (3:0), xorvatiyalı Emanuel Qrqiçə (3:0) və ukraynalı Dmitro Holovenkoya (4:0) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə komanda yoldaşı Elvin Hacıquliyevi 3:0 hesabı ilə məğlub edib və qitə birinciliyinin qızıl medalına sahib olub.